Ən yaşlı olimpiadaçı öldü

Ən yaşlı olimpiadaçı öldü
1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı uruqvaylı Feliks Siyenra 107 yaşında vəfat edib.
Bu barədə Almaniyanın “Welt” qəzetinə onun qızı məlumat verib.
Bildirilib ki, Siyenra yelkən idmanında yarışıb. 1948-ci il Olimpiadasında uruqvaylı altıncı olub.
Siyenranın ölümündən sonra almaniyalı atlet Villi Büzinq Olimpiadanın yaşayan ən yaşlı idmançısına çevrildi. Almaniyalı 1952-ci ildə Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, burada komanda triatlonunda gümüş, fərdi triatlonda isə bürünc medal qazanıb. Hazırda onun 101 yaşı var.
Gundelik-Baku.Org