Mukuçyan və daha bir polis mayoru axtarışa verildi

Mukuçyan və daha bir polis mayoru axtarışa verildi
Moskva vilayətinin cinayət axtarış idarəsinin rəisi Mukuçyan və onun “qətl” şöbəsinin rəisi Konovalov Sankt-Peterburqda yoxa çıxıblar.
Rusiya mətbuatı xəbər verir ki, mayorlar məzuniyyətdən sonra işə çıxmayıblar. 
Hazırda onların qaçdığı iddia olunur. Çünki ötən ilin sonunda təhlükəsizlik qüvvələri onların mənzillərində axtarış aparıb. Axtarış zamanı onlardan biri təcili xəstəxanaya, ikincisi isə dərhal məzuniyyətə gedərək yayınıblar. Polislər dələduzluqda şübhəli bilinir və İstintaq Komitəsi artıq cinayət işi açıb. 
Mukuçyan və Konovalov axtarışa verilib.
Gundelik-Baku.Org