Yıldız Tilbeni küçədə görsəniz tanımazsınız

Yıldız Tilbeni küçədə görsəniz tanımazsınız
Türkiyəli müğənni Yıldız Tilbe dünən İstanbulda Nişantaşı məhəlləsində kameralara yaxalanıb.
Türkiyə mediasının xəbərinə görə, sadə bir geyimdə olan Yıldız Tilbe müxbirlərin suallarını cavablandırıb.
O “sizi ən çox nə sevindirir?” sualına “təzə lobya yeyəndə çox sevinirəm” cavabını verib. Nənə olan Yıldız Tilbe  mümkün olduğu qədər özünə də, nəvəsinə də zaman ayırdığını bildirib.
Son dövrlər TürkiyƏdə məşhur sənət adamlarının həyatları haqqında bədii filmlər çəkilir. Yıldız öz ömrü barəsində belə bir film istəyərmi? Müğənni bu sualın cavabı olaraq “mənim həyatım film ola bilməz. Çəkilən heç bir filmi bəyənmədim. 50 illik ömür 1 saata sığışdırıla bilməz, heç kim mənim nələr yaşadığımı bilməz” deyib.
Gundelik-Baku.Org