Qriqoryanın ofisi komissiyaların iclası barədə məlumat yaydı

Qriqoryanın ofisi komissiyaların iclası barədə məlumat yaydı
Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclası keçiriləcək. 
Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. 
"İlkin razılaşma var, amma konkret tarixlər hələ dəqiqləşdirilməyib. Gün və yerlə bağlı hələ də dəqiq razılaşma yoxdur", - məlumatda deyilir. 
Qeyd edək ki, bu, komissiyaların sayca 6-cı iclası olacaq. 
Gundelik-Baku.Org