Banda lideri adamları tərəfindən ÖLDÜRÜLDÜ

Banda lideri adamları tərəfindən ÖLDÜRÜLDÜ
Hindistanda Şərad Mohol adlı banda lideri maliyyə mübahisələri yaşadığı adamları tərəfindən küçədə güllələnərək öldürülüb.
Hadisə Pune şəhərində qeydə alınıb. Sinə və başından güllə dəymiş Mohol ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dəstə başçısını xilas etmək mümkün olmayıb. Hindistan polisi hadisə ilə bağlı 8 şübhəlini saxlayıb. Şübhəlilərin üzərindən 3 tapança, 3 maqazin və 5 güllə aşkar edilib. Məlum olub ki, şübhəlilər öldürülən dəstə başçısının adamlarıdır. Qətlin maliyyə mübahisələri zəminində törədildiyi bildirilib.
Gundelik-Baku.Org