Elvis Preslini geridə qoyan Teylor Maykl Ceksonu da "taxt"ından etdi - FOTO

Elvis Preslini geridə qoyan Teylor Maykl Ceksonu da "taxt"ından etdi - FOTO
"Grammy" mükafatlı müğənni Teylor Svift daha bir rekorda imza atıb.
Xarici KİV xəbər verir ki, sənətçinin konsert turundan bəhs edən "Taylor Swift: The Eras Tour" filmi nümayiş oldunduğu andan etibarən 261 milyon 600 min dollar gəlir gətirib.

Ekran işinin bu qədər çox gəlir gətirməsinə səbəb ilk dəfə Çində nümayiş edilməsi olub. Bununla da Teylor yeni rekorda imza atdı.
O Popun kralı Maykl Ceksonun konsert turuna həsr edilən və 181 milyon 900 min dollar gəlir gətirən "This Is It" filmini geridə qoyaraq onu taxtdan endirdi. Bundan sonra "Dünyanın ən çox gəlir gətirən konsert turuna həsr edilən film" titulu Teylor Sviftin əlindədir.

Xatırladaq ki, Teylor bir həftə əvvəl əfsanəvi müğənni Elvis Preslininin rekordunu qıraraq onu geridə qoyub. Svift “Mahnısı ilə birinci sırada uzun müddət qalan müğənni” statusunu qazandı. 



 
Gundelik-Baku.Org