Rusiya COVID-19-a qarşı növbəti vaksini dövriyyəyə buraxdı

Rusiya COVID-19-a qarşı növbəti vaksini dövriyyəyə buraxdı
Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxıb.
Bu barədə Tibbi Bioloji Federal Agentliyin rəhbəri Veronika Skvartsova bildirib.
Onun sözlərinə görə, "Konvasel" adlanan peyvəndin COVID-19-un yeni variantı olan “Cerberus”a qarşı da təsirli olacağı gözlənilir.
Qeyd edək ki, Rusiyada COVID-19 əleyhinə indiyə kimi, “Sputnik V”, “Sputnik layt”, “Epivakcorona” və “Covivak” vaksinləri dövriyyədə olub.
Gundelik-Baku.Org