Tacikistan Azərbaycandakı səfirini dəyişdi

Tacikistan Azərbaycandakı səfirini dəyişdi
Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycana yeni səfir təyin edib. 
Tacikistan mediası xəbər verir ki, prezident Rüstəm Solini Tacikistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Onun yerinə Abdurahmon İlhom Barotzoda yeni səfir təyin edilib. 
Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub.
Gundelik-Baku.Org