Afrikada valideynlərə “zibilli” təklif

Afrikada valideynlərə “zibilli” təklif
Nigeriyanın Laqos şəhərində valideynlərə məktəb pulunu ödəmək üçün unikal yol təklif olunub. Belə ki, sakinlər təkrar istifadəyə yararlı tullantıları bağışlamaqla uşaqlarının məktəblərdə təhsil almasını təmin edə biləcəklər.
Layihənin müəlliflər “Təmiz Afrika Təşəbbüsü” təşkilatıdır.
Təkrar emal üçün satıla bilən şüşə qablar, qutular, karton, plastik qablar və sairin toplanmasından daxil olan vəsait müəllimlərin maaşlarına, uniforma, kitab və dəftərxana ləvazimatlarının alınmasına yönəldilir.

Ekoloji təşkilatın yaradıcısı Aleksandr Axiqbenin sözlərinə görə, bu təşəbbüs məktəblərdə uşaqların sayını artırmağa və şəhərin küçələrində səliqə-sahmanı bərpa etməyə imkan verir.
Proqrama Laqosun 40 məktəbi qoşulub. Layihədə iştirak edən məktəblərdən biri tullantıların toplanması sayəsində hətta ikinci korpusu tikə və şagirdlərinin sayını dəfələrlə artıra bilib.




Mənbə: Reuters
Gundelik-Baku.Org