4 yaşından filmlərə çəkilən Berenin YENİ GÖRÜNÜŞÜ TƏƏCCÜBLƏNDİRDİ

4 yaşından filmlərə çəkilən Berenin YENİ GÖRÜNÜŞÜ TƏƏCCÜBLƏNDİRDİ
Türkiyəli aktrisa Beren Gökyıldız xarici görünüşü ilə diqqət çəkib.
Sosial şəbəkə hesabında məzun günündən fotolarını paylaşan Beren hər kəsi təəccübləndirib. 14 yaşlı aktrisanın qara rəngli iddialı libası və dəyişimi xeyli marağa səbəb olub. Türkiyə mətbuatında və sosial şəbəkələrdə fotosları yayılan Berenin yeni görünüşü xeyli müzakirə edilib. 
O stili və makiyajı üzərində çalışanlara təşəkkür edib.

Xatırladaq ki, 4 yaşından filmlərə çəkilən Beren bir çox uğurlu layihələrdə rol alıb. Aktrisa ilk dəfə 2014-cü ildə “Kocamın ailesi” adlı serialda rol alıb. Bundan başqa o, “Anne”, “Bizim Hikaye”, “Mucize Doktor”, “ Çocukluk” kimi ekran işlərinə də çəkilib. Beren 2016-cı ilə “ən yaxşı uşaq aktrisa” nominasiyasında “Altın Kelebek” mükafatını qazanıb.



 
Gundelik-Baku.Org