“Mən arvadağız kişiyəm” - Maksim Qalkin

“Mən arvadağız kişiyəm” - Maksim Qalkin
Şoumen Maksim Qalkin sosial şəbəkə hesabından tamaşaçıların suallarını cavablandırıb.
O, Alla Puqaçova ilə son dəfə 15 il öncə dalaşdığını bildirib.
“Biz dalaşmırıq. Ailəmizdə daim sülh hökm sürür. Alla elə buna görə məni seçmişdi. O deyirdi ki, sən elə bir kişisən ki, səninlə rahat qocalmaq olar.
Aramızda hansısa anlaşılmazlıq olanda birinci mən üzr istəyirəm. Mən tam bir arvadağız, xanımından çəkinən kişiyəm. Bundan utanmıram”, - o bildirib.
Gundelik-Baku.Org