Yığcam qatlana bilən smartfonlar buraxılacaq

Yığcam qatlana bilən smartfonlar buraxılacaq
“Sony” şirkəti qatlanan ekranlı yığcam telefonlar buraxacaq. 
Bu barədə Çinin “ITHome” nəşri məlumat yayıb.
Belə ki, “Sony” şirkəti kiçik ekranlı qatlana bilən smartfon üzərində işə başlayıb. 
Displeyin ölçüləri hələlik açıqlanmır. Cihaz Sony seriyasında ilk qatlana bilən smartfon olacaq. 
Məlumata görə, qurğu kiçik diaqonallı “Compact” displeyli smartfonlar cərgəsindədir. Bu seriyanın ən son qadceti“Xperia XZ2 Compact” idi. Bu isə 5 düymlük ekranlı cihaz 2018-ci ildə buraxılıb. 
Gundelik-Baku.Org