Təzyiq ölçən aparatlar sağlamlıq üçün təhlükəlidirmi?

Təzyiq ölçən aparatlar sağlamlıq üçün təhlükəlidirmi?
Alimlər təzyiq ölçənlərin sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıblar.
Xarici mətbuat xəbər verir ki, alimlərin araşdırmalarına görə, təzyiq problemləri dünyada ölümlərin əsas səbəbidir. Qan təzyiqinin ölçülməsi hipertoniyanın qarşısının alınmasının əsas üsullarından biridir. 
Mütəxəssislər bildirirlər ki, təzyiq ölçən aparatlar qeyri-dəqiq nəticələr verə bilər. Bu da xəstənin vəziyyətinin qiymətləndirilməsinə təsir göstərə bilər. 
Qol və bədən hərəkətləri, səhv quraşdırılmış manjet, xəstənin çəkisi, emosional vəziyyəti və cihazın özünün səhvi kimi amillər evdə qan təzyiqi monitoru ilə təzyiq ölçmələrinin düzgünlüyünə təsir göstərə bilər.
Gundelik-Baku.Org