60 il sənədsiz maşın sürdü: 82 yaşlı sürücü saxlanıldı

60 il sənədsiz maşın sürdü: 82 yaşlı sürücü saxlanıldı
Yaponiyanın Hioqo prefekturasının Siso şəhərində polis təxminən 60 il əvvəl sürücülük vəsiqəsi ləğv edilmiş 82 yaşlı sürücünü vəsiqəsi olmadan maşın idarə etdiyinə görə saxlayıb.
Xarici media məlumatına görə, polis məmuru 82 yaşlı Toşiyuki İsibasini təhlükəsizlik kəməri taxmadığı üçün saxlayıb. Sürücü qanun keşikçilərinə sürücülük vəsiqəsini göstərə bilməyib. Məlum olub ki, sənədi 60 il əvvəl geri alınıb və o vaxtdan bəri o, heç vaxt qaydaların pozuntusunda tutulmayıb.
Kişi Himecji şəhərində yaşadığını söyləyib və sürücülük vəsiqəsini təxminən 20 yaşında itirdiyini və o vaxtdan bəri yeni vəsiqə almadığını deyib. Sürücünün yaşını nəzərə alsaq, onun 60 il avtomobili sənədsiz idarə etdiyini ehtimal etmək olar. Sürücü həbs edilib.
Gundelik-Baku.Org