Uşaq bağçasına girib, 4 azyaşlını BALTALADI

Uşaq bağçasına girib, 4 azyaşlını BALTALADI
Braziliyada Santa-Katarina ştatının Blumenau şəhərindəki uşaq bağçasına balta ilə hücum olub.
Xarici KİV xəbər verir ki, 25 yaşlı oğlan naməlum səbəbdən bağçaya daxil olaraq 4 uşağı öldürüb,  çox sayda azyaşlını isə ağır yaralayıb.  
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Azyaşlılar xəstəxanaya aparılıb. Həkimlər yaşları beş ilə yeddi arasında olan üç oğlan və bir qızın öldüyünü bildiriblər. 
Hücum zamanı uşaq bağçasında 40-a yaxın uşaq olub. 
Polis qatilin motosikletlə gəldiyini və bağçaya daxil olmaq üçün divara dırmaşdıqdan sonra təsadüfi olaraq işçiləri və uşaqları əl baltası ilə hədəfə aldığını bildirib.
Hücumçu hadisə yerindən çıxaraq Santa-Katarina 10-cu Hərbi Polis Bölməsinə gedib və orada polisə təslim olub.
Santa-Katarina meri Jorhginho Mello bütün ştatda 3 günlük matəm elan edib və Blumenau şəhərində təhsil-tədris 1 günlük dayandırılıb.
Gundelik-Baku.Org