İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı - FOTO

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı - FOTO
İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 10-da saat 12:05-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu dövlət sərhədini pozaraq 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
  • İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı - FOTO
Gundelik-Baku.Org