Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil oldu

Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil oldu
Rus qoşunları Donetsk ətrafındakı Uqledar şəhərinə daxil olub.
Bu barədə özünü elan edən Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib. 
Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir: "Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur".
Həmçinin, Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.
Gundelik-Baku.Org