Mert ayrılıq sonrası ilk dəfə danışdı

Mert ayrılıq sonrası ilk dəfə danışdı
Məşhur türk aktyor Mert Yazıcıoğlu sevgilisi Afra Saraçoğluyla ayrılığından sonra ilk dəfə açıqlama verib.
Bu haqda o, “Beyaz maqazin” verilişinə danışıb.
Yazıcıoğlu Afrayla münasibətinin bitməsinə səbəb olaraq göstərilən Mert Ramazan Demir haqqında da söz açıb.

“Yazıldığı kimi deyil… Normal bir münasibət idi, yaşandı və bitdi. Mert bizim ortaq dostumuzdur. İnsanların düşündüyü kimi bir şey yoxdur. Sadəcə bizdə alınmadı”, - deyə, aktyor bildirib.
O, Hafsanur Sancaktutanla haqqında çıxan eşq iddialarını da təkzib edib. Mert Hafsanurla sadəcə dost olduqlarını vurğulayıb.
Gundelik-Baku.Org