Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Milli Hidrometeorologiya Xidməti noyabrın 20-ə olan hava proqnozunu açıqlayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz  14-17° isti olacaq.
Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.  
Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq.  
Nisbi rütubət  60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-23° isti, dağlarda gecə 0-5° isti, gündüz  7-12° isti olacaq. 
Gundelik-Baku.Org