Bu yollarda sıxlıq var - SİYAHI

Bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan yollar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar metrostansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, 20 Yanvar metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, 20 Yanvar metrostansiyasından mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Gundelik-Baku.Org