DTX-nin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər

DTX-nin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad ediblər.
Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat veriblər.
Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülüb.


Gundelik-Baku.Org