Aygün Kazımova ölkə trendində birinci oldu - FOTO/VİDEO

Aygün Kazımova ölkə trendində birinci oldu - FOTO/VİDEO
Aygün Kazımovanın “Bilmək olmaz” adlı super hiti yutubun Azərbaycan üzrə trendində birinci pilləyə yüksəlib.
Pop divanın ifası Azərbaycan trendində yeganə pop janrında olan mahnıdır. Gündən-günə uğur əldə etməklə yanaşı, dinləyicilərin sevgisini qazanmağı bacaran mahnı bu günə kimi 1 milyon 700 mindən çox baxış sayı yığıb.
Rejissorluğunu Türkiyədə Səlim Akarın etdiyi, 100 nəfərlik heyətin ərsəyə gətirdiyi klip böyük tamaşaçı marağına səbəb olub.
Belə ki, ekran işini qısa zamanda 25 mindən çox “YouTube” istifadəçisi bəyənib.
Qeyd edək ki, Azərbaycan müasir estradasının yaradıcısının klipində Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib.
Gundelik-Baku.Org