Nübar MTV-dən getdi, bu kanalda çalışacaq

Nübar MTV-dən getdi, bu kanalda çalışacaq
Aparıcı Nübar Əbil MTV-dən ayrılıb.
Bu haqda Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, artıq fəaliyyətini AzTV-də davam etdirəcək. O, "Günə davam" proqramında Əməkdar artist Elnur Kərimovla birlikdə tamaşaçı qarşısına çıxır:
"Məni tanıyanlar bilir ki, çox da şouya meyilli deyiləm. MTV kanalındakı proqramda bir az dəyişiklik edildi. Bu ərəfədə AzTV-dən təklif aldım. Düşündüm ki, Yeni ildə yeni məkanda fəaliyyətə başlayım. Təklif daha ürəyimcə oldu və qəbul etdim. İnanıram ki, bu işim daha uğurlu olacaq".
Qeyd edək ki, Nübardan əvvəl proqrama aparıcı Xədicə Sənanqızı aparıcılıq edirdi.
Nübar MTV-dən getdi, bu kanalda çalışacaq
Gundelik-Baku.Org