Çingiz Hüseynov vəfat etdi

Çingiz Hüseynov vəfat etdi
Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.
Bu barədə yazıçının oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.
Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.
Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.
Gundelik-Baku.Org