Masallıda meşədə yanğın - VİDEO

Masallıda meşədə yanğın - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxnlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.


Gundelik-Baku.Org