Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək

Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək
“ASAN xidmət” mərkəzlərində seçicilərə "ASAN növbə" cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlamaq üçün imkan yaradılıb.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır: “İnanırıq ki, "ASAN xidmət" mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçilər həm də ənənəvi olaraq dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istfiadə etdiyi “ASAN xidmət” mərkəzləri daha geniş imkanlar yaradır”.
Gundelik-Baku.Org