ABŞ Dövlət Departamenti Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edir

ABŞ Dövlət Departamenti Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edir
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayımlayıb. Hesabatda bildirilib ki, bir neçə ölkə ilə yanaşı Azərbaycanda da dini etiqad azadlığı ciddi şəkildə pozulub. Maraqlıdır, paytaxt Bakıda erməni, pravoslav, katolik kilsələrinin, yəhudi sineqoqlarının eləcə də digər dini ibadətgahların olduğu halda niyə məhs bu siyahıda Azərbaycanın adı var?
Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirib ki, hesabatda Azərbaycanın adının daxil edilməsi qərəzlidir, və buna səbəb hesabatın Azərbayacana aid olan hissəsinin dövlət komissiyasının rəhbəri erməni Daniela Aşbaxyan tərəfindən hazırlanmasıdır. Deputat vurğulayıb ki, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s.-in daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. Daniela Aşbaxyan Livan ermənisidir və o, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərimdən biri olub. Aşbaxyan Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Bunu isə kanalımıza açıqlamasında siyasi şərhçi Tural ismayılov deyib. O əlavə edib ki, yəhudi, xristian, müsəlman və digər dinin nümayəndələri bir yerdə yaşamaqla bərabər, həm də Azərbaycan torpaqları uğrunda da mübarizə aparıblar ki, bunun da 44 günlük Vətən müharibəsində şahidi olduq. Siyasi şərhçi onu da vurğulayıb ki, ABŞ qanunvericiliyinə görə, hansısa diaspor nümayəndəsinin, dövlət departamentinin hesabatını hazırlaması qeyri-qanunidir. Tural İsmayılov onu da bildirib ki, Azərbaycan hakimiyyəti və Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. 
Gundelik-Baku.Org