Ombusdman Ermənistanda insan hüquq və azadlıqları haqqında məruzə hazırlasın - TƏKLİF

Ombusdman Ermənistanda insan hüquq və azadlıqları haqqında məruzə hazırlasın - TƏKLİF
Azərbaycanda Ombusdman Ermənistanın insan hüquq və azadlıqları ilə bağlı məruzə hazırlasın. Bunu deputat Elman Nəsirov Milli Məclisin çərşənbə axşamı Ombusdmanın illik məruzəsinə münasibət bildirərkən deyib. 
 
"Təklif edirəm Ombusdman fəaliyyəti jurnal şəkilində bir neçə dildə çap olunsun. Dünya ölklərində yayılması müsbət nəticə verə bilər. Azərbaycan Ombusdmanı Ermənistanın insan və hüquqları ilə bağlı illik məruzə hazırlasın və beynəlxalq ictimaiətə çatdırsın. Daha sonra ölkədə ildə iki dəfə mətbuat üçün brifinq keçirilsin. Azərbaycan haqqında qərəzli məlumatlar yayılır. Bu təkliflərin yaxşı nəticə verəcəyini düşünürəm", - deputat bildirib.
 
Nəsirov Səbinə Əliyevaya təklif edib ki, Azərbaycan haqqında qərəzli məlumatlar yazan təşkilatlarla, eləcə də Fransa Ombusdmanı ilə münasibətləri normallaşdırsın.  
Gundelik-Baku.Org