Dekabrda 123 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib, 3-ü ölüb

Dekabrda 123 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib, 3-ü ölüb
Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.
KTM-in mətbuat xidmətindən verilən xəbərə görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.
Gundelik-Baku.Org