Hikmət Hacıyev Brüsseldə Şarl Mişelin müşaviri ilə görüşdü

Hikmət Hacıyev Brüsseldə Şarl Mişelin müşaviri ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı Prezidentinin müşaviri Saymon Mordu ilə görüşüb. 

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr müzakirə olunub. 

Azərbaycanın Aİ üçün Qafqazda mühüm tərəfdaş olduğu vurğulanıb: "Aİ sülh və firavan Cənubi Qafqaza töhfə vermək üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edəcək". 

Görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak edib.
Gundelik-Baku.Org