Bu restoranın sahibinə "stop" qoyulur

Bu restoranın sahibinə "stop" qoyulur
Bakıda məşhur "Bliss" restoranın sahibinin ölkədən çıxışına məhdudiyyət qoyulur. 

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi vergi borcunu ödəmədiyi üçün Viktoriya Slojenitsina Aleksandrovna barəsində məhkəməyə müraciət edib.


İşə 28 sentyabr tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu‎, Atatürk 31 ünvanında yerləşən "Bliss" restoranı fiziki şəxs Viktoriya Slojenitsina Aleksandrovna qızına məxsusdur.
Gundelik-Baku.Org