Ceyhun Bayramov Nyu-Yorkda italiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov Nyu-Yorkda italiyalı həmkarı ilə görüşdü
İtaliyanın xarici işlər naziri Antonio Tacani Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə İtaliya XİN rəhbəri Tacani “X” hesabında bildirib.
"Davam edən gərginlik fonunda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək istədim. Qarabağda diplomatik həll yolu tapmaq üçün dialoq və təmkinin zəruriliyini vurğuladım. Azərbaycan bizim vacib tərəfdaşımızdır. Biz insan alverinə qarşı da birgə işləyirik", - deyə Tacani bildirib.
Gundelik-Baku.Org