Vasif Talıbovun TARİXİ SABOTAJI... - BU DA FAKT!!!

Vasif Talıbovun TARİXİ SABOTAJI... - BU DA FAKT!!!
"10 bundan əvvəl – 2013-cü il, Çin təqviminə görə, “Qara İlan” ili təhvil olmuşdu və bütün dünya həmin ili elə o adla da qeyd edirdi. Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdi". DİA.AZ bildirir ki, bunu paylaşımında qeyd edən tanınmış jurnalist Heydər Oğuz olduqca ilginc bir faktı açıqlayıb.

Vasif Talıbovun TARİXİ SABOTAJI...

H.Oğuzun söylədiklərindən belə anlaşılır ki, vəzifə başında olarkən özünün Bakıdan müstəqil dəst-xəttinin olduğunu nümayiş etdirmə həvəsindən geri qalmayan Vasif Talıbov hətta siyasi sabotajla belə məşğul olub. Jurnalist yazır: "Vasif Talıbov isə Naxçıvan əhlinə həmin ili “Heydər Əliyev ili” kimi qeyd etidirirdi. Bununla da ictimaiyyətə sanki Heydər Əliyev irsinə İlham Əliyevdən daha sadiq olduğunu göstərməyə çalışırdı.

Vasif Talıbovun TARİXİ SABOTAJI...

Açığı, müxalif görüşlü olsam belə, Vasif Talıbovun bu özbaşınalığını qəbul edə bilmirdim. Düşünürdüm ki, “xan” həzrətləri bu qərarı ilə Naxçıvanın "müstəqilləşməsi" yolunda növbəti addımını atır, özünün separatçı mövqeyini əsaslandırmaq və təhlükəsizliyini təminat altına almaq üçün Heydər Əliyevin adından istifadə edir.
Üstəlik, bunu “qara ilan” ilinə salması da mənə absurd gəlmişdi və o zaman Facebook səhifəmdə dəfələrlə bu tərbiyəsizliyi qınamışdım. İlin axırında isə paylaşdığım bir statusda “Naxçıvanda Heydər Əliyev erası bitir” yazaraq, bu biabırçılığın nəhayət, sona çatmaqda olduğunu qeyd etmiş, bununla da son təpkimi ortaya qoymuşdum.
Əleyhimə iş aparan “xan” trolları ötən ildən etibarən bu statusu dəfələrlə paylaşaraq guya məni gözdən salmağa çalışırlar.

Vasif Talıbovun TARİXİ SABOTAJI...

Möhtərəm “xan” trolları, mən müxalif görüşlüyəm və hakimiyyətdə olan bütün şəxslər barəsində müxtəlif illərdə xeyli sayda yazılar yazmışam. Sözügedən yazılarda kimisə təhqir etmədən, sadəcə hansısa addımları, siyasətləri sərt tənqid atəşinə tutmuşam və hakimiyyətin hazırda əvvəlki siyasətlərdən tamamilə imtina edərək, tamamilə yeni strateji xətt tutması da mənim haqlı olduğumu göstərir. Başqa sözlə, bu gün hakimiyyətdə mənim və təmsil olunduğum dəsti-xəttin cizgisinə yaxınlaşıb, buna görə də onun bir çox addımlarını təqdirlə qarşılayıram. Yəni mən bu gün belə əvvəlki mövqeyimdən geri çəkilməmişəm.
Odur ki, ağlınız-huşunuz olsun, barı elə yazımı tapıb paylaşın ki, mənim hələ o illərdə Azərbaycanın dövlətçilik maraqlarına, ərazi bütövlüyünə göstərdiyim həssasiyyət ön plana çıxmasın, “xan”ınızın xəyanətləri və tərbiyyəsizlikləri yada düşməsin".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Gundelik-Baku.Org