Bu işçilərin qulluq keçməsinə xitam veriləcək

Bu işçilərin qulluq keçməsinə xitam veriləcək
Miqrasiya orqanlarında sınaq müddətini müvəffəqiyyətlə keçə bilməyən işçinin qulluq keçməsinə xitam veriləcək.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək.
Gundelik-Baku.Org