ABŞ-ın səfiri nə vaxt Bakıda olacaq? - Özündən qabaq sözçüsü gəldi...

ABŞ-ın səfiri nə vaxt Bakıda olacaq? - Özündən qabaq sözçüsü gəldi...

Vaşinqton düşmən olduğu Moskvaya elçisinin müddəti bitən kimi yenisini göndərdi, Azərbaycana iki ildir təsdiqləmir; deputat: “Ermənipərəst konqresmenlər mane olur”

Artıq iki ildir ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir yeri boşdur. Azərbaycanın müstəqilik tarixində hələ belə böyük fasilə olmamışdı. Halbuki bu il Vaşinqton İrəvan və Moskvadakı səfirlərini səlahiyyət müddətləri bitən kimi dərhal dəyişib. “Yeni Müsavat” xatırladır ki, Birləşmiş Ştatların Bakıdakı sonuncu rəsmi elçisi Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında bitib. Prezident Co Baydenin Azərbaycana növbəti səfir qismində təyin etdiyi etmək istədiyi şəxs - Mark Libbinin Konqresdə təsdiqlənməsi isə nədənsə ləngiyir. Hərçənd diplomatın namizədliyi 3 ay öncə Senatın müvafiq komitəsində təsdiqlənib. Maraqlıdır ki, bir neçə gün qabaq ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni mətbuat katibi xanım Venessa Zenji Bakıya gəlib. Onun şərəfinə səfirlikdə ziyafət də təşkil edilib. Yeni səfirin gəlişi isə bir ildən çoxdur ləngiyir. Görəsən, niyə? ABŞ kimi bir supergüc gerçəkdənmi erməni lobbisinin əlində girinc qalıb? Yoxsa böyük pauza hansısa məsələdə Vaşinqtonun Bakıdan narazılığının təzahürüdür? Əgər belədirsə, düşmən olduğu Rusiyaya tələm-tələsik səfir təsdiqləndiyi halda, Azərbaycana bu qədər fasilə verilməsinin anlamı nədir?
Nəzərə alsaq ki, Bayden administrasiyası ermənipərəstliyi ilə nə qədər seçilsə də, xarici işlər naziri Entoni Blinken Qarabağ məsələsində konstruktiv mövqeyi ilə fərqlənir. Onun Laçın və Ağdam yollarının hər ikisinin açılmasını dəstəkləməsi, erməni əhalisinin hüquq və təhlükəsizliyinə Bakının təminat verməsini təqdir etməsi və digər elementləri sadalamaq olar ki, Ağ Ev qısa bir zamanda səfiri Bakıya göndərməliydi. Burada yeganə versiya Konqresin ermənipərəst mövqeyi qalır. Çünki erməni lobbisinin Bob Menendes, Adam Şiff, Robert Menendez kimi senatorlar vasitəsilə Bakıya qarşı ittihamlar səsləndirdiyini açıq-aşkar görmək olar. Konqresdəki ermənipərəstlər də səfirin təsdiqlənməsini yubadırlar və nəticədə Amerika prezidentinin sərəncamına gedib çıxmır. Bəs bu Vaşinqtona nə verir? ABŞ-Azərbaycan əlaqələrini 5-6 konqresmen ucbatından xoşagəlməz məcraya salmağa dəyərmi?
Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az
Elman Nəsirov
Deputat Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Birləşmiş Ştatların səfir təyinetmə mərhələsinin məntiqi sonluğa çatması yubanır. Onun fikrincə, bu da təsadüfi deyil. “Səfir təyin etmək səlahiyyəti prezidentə aiddir, seçimi o edir, lakin yekun qərarı Konqres verir və Senatda bitir. Vaxtilə Brayzanın təsdiqi də uzanmışdı. Onun xanımının türk olması səbəbini bəhanə gətirən ermənipərəst konqresmenlər mane olurdular. Bu dəfə nikah məsələsi deyil”,- deyə deputat əsas səbəbləri ardınca sadaladı. “İndi təkcə Ermənistan və separatçılar da deyil, həm də erməni lobbi və diasporu biabırçı məğlubiyyətdən psixoloji travma alıb, konkret olaraq psixoz vəziyyətdədirlər. Onlar revanşizm əhval-ruhiyyəsindədirlər, Azərbaycandan qisas almaq üçün gecə-gündüz yollar axtarırlar və bu prosesdə ermənipərəst konqresmenlər də fəallıq göstərirlər. Misal üçün, Robert Menendesin arvadı ermənidir. Özlərinə demokrat deyirlər, amma korrupsiyaya bulaşmış deputatlardır. Konqresmenlər "əl əli yuyar, əl də üzü yuyar" prinsipi ilə erməni lobbisinə işləyirlər. Həmin fəaliyyətin nəticəsidir ki, Azərbaycana səfir göndərilməsi prosesi gecikir. Ermənipərəst senatorlar açıq şəkildə hədələyirlər ki, Azərbaycana səfir göndərilməsinə imkan verməyəcəklər. Əvvəllər Brayza nümunəsində nikah diplomatiyasını bəhanə edirdilərsə, bu dəfə bizə qarşı açıq nifrət yağdırırlar. Çünki məğlub ovqatdadırlar və BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməməsi onların psixoz vəziyyətini bir qədər də ağırlaşdırıb", - deyə E.Nəsirov qeyd etdi.
Arzuxan Əlizadə: Ermənilər anlamalıdırlar ki, istənilən təxribatın qarşısı  şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə isə hesab edir ki, səfir təyin edilib, amma təsdiqlənməyib. Onun sözlərinə görə, Vaşintqon Azərbaycana daha çox diqqət göstərməlidir: “ABŞ-ın dünyda ikinci böyük diplomatik korpusu İrəvandadır. Azərbaycanda isə amerikalı səfir yoxdur və ögey münasibət var. Bunu Bakıya münasibətin göstəricisi kimi qiymətləndirmək lazımdır. Çünki Bayden dövründə Azərbaycana isti münasibət olmayıb. Baxmayaraq ki, Blinkenin zəngləri olur, danışıqlarda vasitəçilik edir, amma bütövlükdə səfirin təyin edilməməsi ögey münasibətin təzahürüdür. Azərbaycan ABŞ üçün bölgədə ən əhəmiyyətli ölkədir. Xüsusən İranda baş verən hadisələr fonunda Bakı Vaşinqton üçün çox vacibdir. Bunu nəzərə almalıdırlar”.
Gundelik-Baku.Org