"Holcim"ə cərimə protokolu yazıldı

"Holcim"ə cərimə protokolu yazıldı
"Holcim (Azərbaycan)" Qapalı Səhmdar Cəmiyyətinə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Qaradaö Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.
Gundelik-Baku.Org