Qazi övladları üçün təhsil güzəştləri tətbiq olunsun - TƏKLİF

Qazi övladları üçün təhsil güzəştləri tətbiq olunsun - TƏKLİF
"Bu günlərdə Gəncə şəhərində yaşayan, Vətən müharibəsində iştirak etmiş, yaralanmış və hazırda dializ xəstəsi olan qəhrəman hərbçimizin qız övladının Türkiyə Cümhuriyyətində tibb təhsili ilə bağlı illik ödənişlərini ödəməkdə çətinlik çəkdiyini öyrəndik".
Bunu Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib. 
Şəhid xanımı bildirib ki, dəyərli Vətən övladlarının dəstəyi ilə qazimizin övladının təhsil ödənişini müvəqqəti olaraq həll ediblər:
"Bu, gələcək üçün problemin həlli yolu deyil. Həssas qrupdan olan qazi övladları üçün də təhsil güzəştlərinin tətbiqi məsələsinə çalışmalıyıq. Bu sahədə sosial layihələr icra oluna bilər. Belə ki, təhsil haqqının ödənişinin yarısı qarşılana bilər. Ölkənin kifayət qədər gəlir gətirən holdinqləri var və bu layihələrə cəlb olunmalıdır. Qazilərimizin arasında sağlamlığı bir daha bərpa olunmayacaq qəhrəmanlarımız var. Bu barədə qərarlar qəbul etməliyik. Hər qəhrəman övladı güvənli böyüməlidir", - deyə S.Orucova qeyd edib.



Gundelik-Baku.Org