Ulu Öndərin 100 illiyi ilə bağlı Azərbaycanda böyük amnistiya olacaq... - Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edən Heydər Əliyev olub…

Ulu Öndərin 100 illiyi ilə bağlı Azərbaycanda böyük amnistiya olacaq... - Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edən Heydər Əliyev olub…


Birinci-vitse prezident Mehriban Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarıdır.

Dövləti və dövlətçiliyi   qorumaq üçün  “Dövlət iki şeydən  sarsıla bilər: günahkar cəzasız qalanda və  günahsıza  cəza veriləndə”   deyən Ulu Öndər  həm də Şərqdə və Azərbaycanda ölüm hökmünün ləğv olunmasına  qərar vermis şəxsiyyətdir. Bəli,  dövlətin ali məqsəddlərindən biri də vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Çox təəssüf ki, uzun illər Azərbaycanda ölüm hökmü  tətbiq olunmuşdur. Hətta 1 illik AXC  hakimiyyəti dövründə də  ölüm hökmləri icra olunmuşdur. 1993-cü ildə  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölüm hökmlərinə moratorium  qoyuldu, yəni icra olunmadı. Sonrakı illərdə Ulu Öndərin təşəbbüsü ilə  Milli Məclisin qəbul etdiyi qərarlarda 21 maddədən ölüm cəzası götürüldü. 1998-ci ildə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edildi. Məlumat üçün onu qeyd edək ki, Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Heydər Əliyevin   hakimiyyət dönəmində Ulu Öndər tərəfindən  32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Sonrakı illərdə  bu missiyanı Prezident  İlham Əliyev cənabları və  Heydər Əliyev  Fondunun  Prezidenti Mehriban xanım Əliyeva  davam etdirmişdir. Ulu Öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən illərdə  imzalanan çoxsaylı əfv fərmanları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunaraq azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib. Təkcə onu qeyd edək ki, ötən illər ərzində 125 mindən artıq şəxsin cinayət əməli dövlət tərəfindən bağışlanıb. Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan bir çox ailələrə sonsuz sevinc bəxş etdi. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə xüsusilə gözəl ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhval-ruhiyyədə qeyd edirlər. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin sayca 29-cu əfvi idi. Dövlət başçısı indiyədək 6 min 472 nəfər məhkuma azadlıq bəxş edib. Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək qayğı və yardıma ehtiyacı olanlara kömək göstərmək, Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse -Prezident   Mehriban xanım Əliyeva dəfələrlə  humanizm  nümayiş etdirərək, amnistiya elan edilməsi barədə parlament qarşısında təşəbbüs qaldırmış və konkret qərar layihəsini təqdim etmişdi. Qəbul edilən amnistiya qərarından o zaman 9877 nəfər məhkum bəhrələnmişdi. Bu gün  Azərbaycan cəmiyyəti daha bir möhtəşəm  əfv ərəfəsindədir. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər əfv sərəncamı qüvvəyə minəcək. Məlumata görə,  bu dəfə əfv sərəncamı  daha geniş  spektri  əhatə edəcək. /sabahnews.az

Gundelik-Baku.Org