Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir
2023-cü ilin aprel ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 551,8 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 360,8 min baş təşkil edib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4,3% və ya 115,1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 9,9% və ya 808 min baş azalıb.
Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.
Gundelik-Baku.Org