Azərbaycanın minalarla çirkləndirilmiş ərazisinin sahəsi açıqlandı

Azərbaycanın minalarla çirkləndirilmiş ərazisinin sahəsi açıqlandı
"İlkin tədqiqatlara əsasən, Azərbaycanın 8 235 kv.km dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənib".
Bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclasında deyib.
Şura Sədri Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bildirib.
Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğu, ilkin tədqiqatlara əsasən Azərbaycanın 8 235 kv.km dən çox ərazisinin mina və digər partlayıcı sursatlarla çirkləndiyi diqqətə çatdırıb.
Ölkəmizin üzləşdiyi bu probemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Gundelik-Baku.Org