Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir

Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir
Azərbaycanda dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. 
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində qeyd olunub.
Bildirilib ki, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir.
Bu baxımdan, ölkəyə idxal edilən və əhali tərəfindən istifadəsinə icazə verilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.
Gundelik-Baku.Org