Deputat-direktorun yerinə təyinat

Deputat-direktorun yerinə təyinat
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. 
Bu vəzifəyə Tahirə Qasımova təyinat alıb.
O həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki,  bu il fevralın 1-də bu məktəbə Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli direktor təyin olunub. Onun gəlişindən sonra həmin məktəbin müəllimləri dərs keçməyərək direktorun işdən azad olunması üçün müraciət ediblər. Etirazlardan sonra fevralın 3-də T.Məmmədli işdən azad olunub.
Gundelik-Baku.Org