Adil Kərimli 3 əməkdaşı nöqsanlara görə İŞDƏN ÇIXARDI

Adil Kərimli 3 əməkdaşı nöqsanlara görə İŞDƏN ÇIXARDI
Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Xatırladaq ki, S.Xələfbəylinin müavini və Mərkəzin şöbə müdiri də işdən çıxarılıb.
Gundelik-Baku.Org