“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb

“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb
“Kinematoqrafiya haqqında” qanun layihəsinin hazırlanması barədə hələ də iş gedir".
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin bugünkü iclasında deyib.  
O bildirib ki, qanun layihəsi ilə bağlı spiker Sahibə Qafarovaya məruzə edilib: “Yeni layihə ilə bağlı dinləmə keçiriləcək və bununla bağlı işçi qrupu da yaradılacaq. Gələn təkliflər ümumiləşdirilərək bu sessiya müddətində  tam çatmasa da, növbəti payız sessiyasına salına bilər. Çünki bu sahədə həllini gözləyən çoxlu məsələlər var. Qanun layihəsi gələcəyin çağırışlarına cavab verən səviyyədə olmalıdır”.
Q.Paşayeva qeyd edib ki, yeni qanun layihəsi ilə əlaqəli mədəniyyət nazirinin vəzifələrini icra edən Adil Kərimli ilə geniş müzakirə aparılıb: “Qanun layihəsi Mədəniyyət Nazirliyi ilə ortaq şəkildə hazırlanıb. Nazirlik yeni qanun layihəsinin qəbuluna müsbət baxır. İlk olaraq parlamentdə yaradıcı təşkilatların mütəxəssislərinin iştirakı ilə dinləmə keçiriləcək. Sədr Sahibə Qafarova da  dinləmənin keçirilməsini dəstəkləyib. Dinləmələrlə əlaqəli işçi qrup da yaradılacaq. Yeni layihə dinləmədən sonra komitənin müzakirəsinə çıxarılacaq. Ümid edirik ki, yaz sessiyasında qanun layihəsi plenar iclasa tövsiyə oluna biləcək”.
Gundelik-Baku.Org