Bakıda qarlı havaya hazırlıq başladı

Bakıda qarlı havaya hazırlıq başladı
"Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətə gətirilib, kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılıb".
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilir ki, hər il olduğu kimi Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür. Hər bir rayonda payız-qış mövsümünə hazırlıqla bağlı Proqram hazırlanıb, rayonlar üzrə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi tədbirlər planı təsdiq edilib:
“Tədbirlər planına uyğun olaraq paytaxt qurumları qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Tapşırıq verilib ki, qış aylarında güclü qar yağdığı zaman və ya hər hansı digər fövqaladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Planlara görə rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb".
Gundelik-Baku.Org