45 tona yaxın yararsız məhsul məhv edildi

45 tona yaxın yararsız məhsul məhv edildi
İstehlaka yararsız 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.
Bildirilib ki, istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Gundelik-Baku.Org