De Byazi AFFA-nın iclasında cəmi 10 dəqiqə oturdu - YENİLƏNİR

De Byazi AFFA-nın iclasında cəmi 10 dəqiqə oturdu - YENİLƏNİR
AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclas keçirilir.

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milli assosiasiyanın inzibati binasında təşkil olunan yığıncağı erkən tərk edib.

İtaliyalı mütəxəssis toplantıda cəmi 10 dəqiqə qalıb.

Bundan başqa, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

***

09:48

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələ daxil olunub:

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.
Gundelik-Baku.Org