"Adana Demirspor"da Mario Balotelli şoku

"Adana Demirspor"da Mario Balotelli şoku
Mövsümün əvvəlində "Sion"dan "Yukatel Adana Demirspor"a qayıdan italiyalı hücumçu Mario Balotelli zədələnib.
Bu barədə klubun prezidenti Murat Sancak açıqlama verib.
Bildirilib ki, o, ölkəsində əməliyyat olunacaq və o 2-3 ay sonra yaşıl meydanlara dönəcək.
Mövsümün əvvəlində heyətə qoşulan Mario Balotelli "Adana Dəmirspor"la 5 oyun keçirib. Sözügedən matçlarda 3 dəfə qol vuran italyan futbolçu 181 dəqiqə meydanda qalıb.
Gundelik-Baku.Org