2012-ci ildə ölən babasından qalan silahı polisə təhvil verdi

2012-ci ildə ölən babasından qalan silahı polisə təhvil verdi
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
DİN xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsinə müraciət edən qəsəbə sakini 1998-ci il təvəllüdlü F.Namazov 2012-ci ildə dünyasını dəyişən babası R.Namazovdan qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib. 
Son günlər bu sahədə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
Gundelik-Baku.Org