Ziya Bünyadov prospektindəki qəza sıxlıq yaratdı

Ziya Bünyadov prospektindəki qəza sıxlıq yaratdı
Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, nəticədə də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Bununla yanaşı, Ziya Bünyadov prospekti və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobilin qalması da sıxlığın yaranmasına səbəb olub. Hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.
  • Ziya Bünyadov prospektindəki qəza sıxlıq yaratdı
Gundelik-Baku.Org